Amerikalı aktyorları Ermənistanda döydülər
Ermənistan paytaxtında ABŞ-dan gəlmiş aktyorları döyüblər. musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, hadisə barədə İrəvan sakini Aram Torosyan polisə xəbər verib. Maraqlıdır ki, hadisə 1 noyabrda, gecəyarısı baş versə də, yalnız bu gün ictimaiyyətə açıqlanıb. Məlum olub ki, naməlum şəxslər gecəyarısı, saat 01.20-də 26 yaşlı ABŞ vətəndaşları Kristofer Reynolda və Daniel Kovenanı döyüblər.
Əcnəbilərin Los-Ancelsdə yaşadıqları, İrəvandakı “Mariott” otelində qaldıqları bildirilir. Döyülən amerikalı aktyorlar Ermənistana film çəkilişi ilə əlaqədar gəlibmişlər.
Polis faktla bağlı araşdırmalara başlayıb.