Gəncədə ofisiantlar toya gələn qonağı döyüblər
Gəncədə ofisiantlar toya gələn qonağı döyüblər.
Hadisə şəhərdə faliyyət göstərən şadlıq saraylarından birində baş verib.
Toy məclisində qonaq olan şəhər sakini 23 yaşlı Asif Əliyev ofisiantlar tərəfindən döyülüb. Asif Əliyevin bildirdiyinə görə, mübahisəyə səbəb onun ailəsinə məxsus əl telefonunun ofisiantlar tərəfindən götürülməsi səbəb olub.
Telefonunu tələb edən Asif Əliyevə ofisiantlar yumruqla cavab verilib. Aldığı xəsarətlərdən zərərçəkən Gəncə şəhər TTYX-ya gətirilib.
Faktla bağlı Kəpəz Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.