azia.az
azia.az

Jurnalist qız onu həbs edən zabitlə nişanlandı (FOTOLAR)

14-10-2017, 16:12

Türkiyənin Antalya şəhərində ifadə vermək üçün polis idarəsinə aparılan jurnalist 1 il sonra onu həbs edən zabitlə nişanlanıb.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, ötən il 23 oktyabrda Antalya Jurnalistlər Cəmiyyətinin təşkil etdiyi gəzintidən qayıdan və içində çox sayda jurnalistin olduğu avtobus yoxlama zamanı 26 yaşlı zabit Yaşar Şam tərəfindən saxlanılmış, avtobusda olan jurnalistlərdən biri 25 yaşlı Tuğçe Saraç davam edən məhkəmə prosesində ifadə vermədiyi üçün zabit tərəfindən Manavqat polis idarəsinə aparılmışdı. Özünü polis şöbəsinə aparan Yaşar Şamla söhbət edən Tuğçe Saraç zabitlə eyni bölgədən, Çorumdan olduğunu öyrənib. Polis şöbəsində 16 saat davam edən prosesdən sonra işlərini tamamlayan və azad edilən jurnalist sonradan da zabitlə görüşməyə davam edib və onlar 1 ay sonra münasibətlərini sevgili kimi davam etdiriblər.

Ötən şənbə günü nişanlanan cütlük bu barədə açıqlama verib. Tuğçe Saraç "Daha əvvəl xəbər hazırlamaq üçün getdiyim yerdə hücuma məruz qalmış və bu barədə polisə şikayət ərizəsi yazmışdım. Məhkəmə prosesi davam edərkən ifadə vermək üçün şöbəyə çağırılmışam, lakin adres dəyişikliyinə görə məhkəmə məktubu mənə çatmayıb. Məhkəmə də həbs edilərək ifadə verməyim üçün qərar çıxarıb. Buna görə də polislə qarşılaşdığım ilk dəfədə həbs edildim və nəticədə nişanlımla tanış oldum" deyib.

Saraç yay aylarında evlənəcəklərini açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi