azia.az
azia.az

Sabiq polis rəisinə 200 min "atan" qadına 11 İL HƏBS TƏLƏBİ

9-07-2016, 06:43

Sabiq polis rəisinə 200 min "atan" qadına 11 İL HƏBS TƏLƏBİ Bakı Ağır Cinayətlər Məhkəməsində Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı baş çatıb və çıxışlar mərhələsinə keçirilib. Dövlət ittihamçısı çıxışı zamanı Aygün Babaşovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkən şəxslər prokurorun çıxışı ilə razı olublar. Onlar həmçinin dəymiş ziyanın da ödənilməsini istəyiblər.

Təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyini şəxsə bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə təqsirləndirilən şəxsə son söz deməyi təklif edib. O, son söz üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi çalışıb. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib.

A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi