İsrailin HAVA LİMANINA və hərbi BAZASINA ZƏRBƏ ENDİRİLDİ
Husilər Tel-Əvivdəki Ben-Qurion hava limanı və İsrailin şərqində yerləşən “Sdot-Mixa” hərbi bazasına raket zərbəsi endiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə MƏLUMATI husilərin nümayəndəsi Yəhya Sariya YAYIB.
Məlumata görə, hücum iki ballistik raket vasitəsilə həyata keçirilib.
Bundan əlavə, husilər Aşkelon bölgəsində yerləşən İsrail obyektinə pilotsuz uçuş aparatı ilə hücum etdiklərini də açıqlayıblar.