Mosulun qərbində İŞİD hədəfləri modernləşdirilmiş qrad raketləri ilə hədəf alınır.
Axar.az xəbər verir ki, bu sözləri İraq Federal Polis Təşkilatının Raid Şakir Cövdət deyib.
O bildirib ki, şəhərin azad edilməsi ilə bağlı son mərhələ başladılıb:
“Qüvvələrimiz şəhərin qədim bölgəsində koalisiya dəstəyi ilə uğurlu əməliyyat keçirdi. Əməliyyatda İŞİD-in qərargahı, hərbi texnikaları və artilleriya qurğuları məhv edilib. Bu, terrorçulara son xəbərdarlıq idi”.