Sankt-Peterburq metrosunda bir-birinin ardınca törədilən iki partlayış nəticəsində yaralananlar və ölənlər var.
XeberFakt.org TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 10-a çatıb. Partlayışın təfərrüatları barədə məlumat yoxdur. Hadisənin terror aktı olub-olmadığı barədə rəsmi orqanlar hələ açıqlama verməyib.
Partlayışlardan biri “Texnologiya institute” metrostansiyasında, digəri “Sena meydanı” stansiyasında baş verib. Birinci partlayışda azı 5 nəfər həlak olub, 50-dən çox adam yaralanıb.