Çinin Quandun əyalətində 100 metrlik gəmi körpüyə çırpılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli Çin mətbuatı məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Zərbənin gücündən körpünün dayağının 1,6 metr yerindən tərpəndiyi bildirilir.
Artıq hökumət qüvvələri bərpa edici işlərə başlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.