Ermənistanda keçmiş Qarabağ döyüşçülərinin ailələri hökumət binası qarşısında etiraz aksiyası keçirib.
azia.az azvision.az-a istinadən xəbər verir ki, etirazçılar Müdafiə Nazirliyi tərəfindən ayrılan aylıq vəsaitin kəsilməsindən şikayətləniblər.
Keçmiş döyüşçü Qaqik Harutyunyanın həyat yoldaşı Armenuhi Manukyan bildirib ki, məvaciblər artıq bir aydan çoxdur ki, verilmir:
"16 nəfərlik ailə bu məvaciblə dolanır. Keçmiş müdafiə naziri Seyran Ohanyanın vaxtında bizə hər ay 250 min dram pul verilirdi. Lakin yeni nazir gələndən sonra bu məvacibləri ala bilmirik. 12 uşağım var. Onların 5-i azyaşlıdır. Bizə maddi kömək edilmir. Baş nazirlə görüşmək istəyirik. Görüsün ki, biz necə acınacaqlı vəziyyətdə yaşayırıq".