Şəhidin xanımı nazirə üz tutdu: "Cənab nazir bizə dəstək olun!.."
Müdafiə Nazirliyi şəhidlərin sənədlərini yubadır“Adamı bu qədər alçaldıb heçə saymaq olmaz!” - şəhidin həyat yoldaşı
Briqada komandiri, polkovnik-leytenant Raquf Orucovun ailəsindən sonra Müdafiə Nazirliyinin şəhidlərə münasibətindən daha bir ailə şikayet edib.
Bu ilin aprel döyüşlərində ağır şəhid olan Rahim Tağıyevin xanımı Vüsalə Tağıyeva deyir ki, o səhhətində problemləri olmasına baxmayaraq günlərdir məmurların əlində oyuncağa dönüb. Şəki, Mingəçevir və Bakıdakı məmurlar arasında qaldığını deyən xanım indiyə qədər ərinin ölüm kağızını ala bilmədiyini söyləyib.
Bu başqa sözlə həm də o deməkdir ki, Müdafiə Nazirliyinin sənədlərini yubatdığı növbəti şəhid ailəsi həm də dövlətin onlar üçün nəzərdə tutduğu müavinətləri əldə edə bilmir.
Vüsalə Tağıyeva söyləyir ki, Mingəçevir şəhər içra hakimiyyətindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarəsindən ona bildirilib ki, məsələnin həlii yolu ancaq Müdafiə Nazirliyinin sənədləri təcili olaraq göndərməsindən keçir. Şəhid xanımı günlərdir əlaqə saxlasalar da nazirlikdən rəsmi cavab ala bilmədiklərini söyləyib. O, bu baradə danışmaqdan mənəvi əziyyət çəkdiyini söyləyib.
“Adamı bu qədər alçaldıb heçə saymaq olmaz!” deyə etirazını bildirən xanım, şəhid adı vermək istəmirlərsə də biz desinlər sakitləşib oturaq, ancaq belə sayğısızlıq olmasın. “Məni həyat yoldaşım, üç balamın atası idi o”.
Xatırladaq ki, briqada komandiri, polkovnik Raquf Orucovun ailəsi ilə bağlı məsələ gündəmə gətirilən kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məsələyə müdaxilə edərək, problemi iki gün ərzində həll edə bilmişdi.
İndi Könül Tağıyeva da bu müraciətində eynii məsələyə görə həm də nazir Səlim Müslümovdan ailəsinə və övladlarına dəstək gözlədiyini bildirib.