“İstanbuldakı terror aktlarının məqsədi xeyli insanın öldürülməsi olub”
Ərdoğan: “İstanbuldakı terror aktlarının məqsədi xeyli sayda insanların öldürülməsi olub”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı terror aktlarının məqsədinin xeyli sayda insanın məhv edilməsinin olduğunu bildirib.
Bunu Ərdoğan İstanbulda törədilən partlayışlarla əlaqədar bəyanatənda bildrib.
“Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük. Aydındır ki, “Beşiktaş”-“Bursaspor” matçından dərhal sonra törədilən terror aktının məqsədi xeyli sayda insanı məhv etmək olub. Təəssüflər olsun ki, ölən və yaralananlar var”, - deyə bəyanatda bildirilir.
Son məlumata görə, iki partlayış nəticəsində yaralananların sayı 70-ə çatıb. “Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri təsdiqləmir.(apa.az)