Bu ölkə "meymun çiçəyi" nə görə karantin tətbiq etdi
Belçikada "meymun çiçəyi" xəstəliyinə yoluxanların sayı 3 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə lesoir.be saytı məlumat yayıb. Qeyd olunur ki, yoluxmuş şəxslər təcrid edilir. Təcrid müddəti xəstəliyin gedişatından asılı olaraq 5 gündən 21 günədək davam edə bilər. Yoluxmuş şəxslərdə xəstəliyin bütün əlamətləri aradan qalxdıqdan sonra evə buraxılır.