Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketi bloklanıb
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının müzakirə edilən altıncı paketi bloklanıb.
Xəbər verilir ki, bu barədə “Rai news 24” telekanalının efirində Aİ-nin iqtisadiyyat üzrə komissarı Paolo Centiloni bildirib.
O, razılığın əldə olunması istiqamətində irəliləyiş əldə olunacağına ümid etdiyini vurğulayıb.
“Biz beş sanksiya paketini çox tez və yekdilliklə qəbul etdik, lakin altıncı paket məlum səbəblərə görə hələ də qalır. Mən kompromis tapılması perspektivlərinə nikbin baxıram”, - P.Centiloni deyib.