azia.az
azia.az

Putinin “Gecə canavarı” sovet gerbini geri qaytarmağa çağırıb

3-12-2016, 10:02

Putinin “Gecə canavarı” sovet gerbini geri qaytarmağa çağırıb
Rusiyada Kremlə bağlı “Gecə canavarları” motosikletçilər klubu öz liderləri Aleksandr Zaldostanovla (“Cərrah”) birlikdə prezident Vladimir Putinə müraciət edərək ölkənin gerbinin dəyişdirilməsini təklif edir

Virtualaz.org xəbər verir ki, Zaldostanov sosial şəbəkələrdə gerbin dəyişdirilməsinin tərəfdarlarını da bu müraciətə qoşulmağa və Putinə məktub yazmağa çağırır. Putinin baş baykeri hesab edir ki, Rusiyanın gerbi SSRİ-nin gerbi olmalıdır, ancaq üzərinə ikibaşlı qartal təsviri əlavə olunmaqla.

Sosial şəbəkələrdə yayılan kadrlara əsasən Zaldostanov gerbin dəyişdirilməsini şer oxuyaraq əsaslandırır, bildirir ki, Rusiyanın yeni gerbi rus imperiyasını, sovet dövrünü və indiki Rusiyanı özündə birləşdirməli, vərəsəlik prinsipinə əsaslanmalıdır.

Zaldostanovun həmin rolikdə oxuduğu şerdə Qarabağın da adı çəkilir. Şerin bir hissəsinin təxmini tərcüməsi belədir:

İkibaşlı qartal qanadlarını yellədi

Və sovet gerbinin zirvəsindən

Gördü ki, yeni imperiyada

Ölkəni xalq taleyi aparır

Və alov keçidləri ilə yenidən qaynadaraq

Donbassı, Qarabağı, Palmiranı arxasınca çəkib apararaq

Həm də Vətənimizi irəli dartaraq...



“Cərrah” həmin şeri ötən il Krımda keçirilən bayk-şouda da oxuyub. Lakin bunlar baykerin öz şeri deyil, Zaldostanov Leonid Kornilovun “İmperiya” şerinin bəzi sözlərini dəyişdirərək öz istəyinə uyğunlaşdırıb. Ona görə də şerin bəzi misraları absurd məna kəsb edir.

Buna baxmayaraq Kremldə deyirlər ki, Zaldostanovun yeni imperiya gerbi barədə ideyasını müzakirə edəcəklər. Prezident Putinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Zldostanovun təklifi hələ Kremlə daxil olmayıb. “Ancaq məktub daxil olan kimi biz bu barədə prezidentə məruzə edəcəyik. İndiyə qədər bu təkliflər heç kim çıxış etməmişdi. Ona görə də Zaldostanovun təklifi yeni ideya kimi müzakirə oluna bilər. Putin yeni ideyalara həmişə diqqətlə yanaşır”-Peskov bildirib.

Məsələ burasındadır ki, Zaldostanov və onun “Gecə canavarları” klubu adi baykerlər deyil. Prezident Putin vaxtaşırı olaraq Zaldostanovla və onun klubunun üzvləri ilə görüşür. Və “Gecə canavarları” bir qayda olaraq Rusiyanın eksponsionist siyasətinin təbliği ilə məşğuldur. Məsələn, Zaldostanov və baykerləri Donbass separataçılarına dəstək aksiyaları keçirib, Krımın Rusiyaya birləşdirilməsini öz şouları ilə dəstəkləyib. Ötən il onun klubu Ermənistan üzərindən Dağlıq Qarabağa da motoyürüş təşkil etməyə hazırlaşırdı. Lakin görünür Bakının narazılığını nəzərə alaraq Moskvada bu təşəbbüsdən daşındılar. Zaldostanovun klubuna Kreml tərəfindən bu yaxınlarda 7 milyon rubl qrant da ayrılıb.
Putinin “Gecə canavarı” sovet gerbini geri qaytarmağa çağırıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi