azia.az
azia.az

Çavuşoğlunun “boz qurd” işarəsinə SƏRT CAVAB – Türkiyənin ölkədəki səfiri…

25-04-2022, 08:25


Çavuşoğlunun “boz qurd” işarəsinə SƏRT CAVAB – Türkiyənin ölkədəki səfiri…
Türkiyənin Uruqvaydakı səfiri Hüseyn Müftioğlu xarici işlər naziri Mövlud Çavuşoğlunun jestinə görə bu ölkənin Xarici işlər nazirliyinə çağırılıb.

Azia.az APA-ya istinadən xəbərinə görə, bu barədə “Clarin” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Çavuşoğlu onun səfərinə etiraz edən erməni diasporunun aksiya keçirdiyi ərazidən ötərkən onlara “Boz qurd” işarəsi göstərib. Bu da yerli ermənilərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, Çavuşoğlu Montevideoya səfəri çərçivəsində Türkiyənin səfirliyinin açılışında iştirak edib və bir sıra görüşlər keçirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi