Çavuşoğlu Türkiyə və Azərbaycana etiraz edən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verdi
Xarici işlər naziri Mövlud Çavuşoğlu Uruqvaya rəsmi səfəri çərçivəsində Türkiyənin Montevideo səfirliyindən çıxarkən Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirən bir qrup erməni etirazçıya “Bozqurt” işarəsi ilə cavab verib.
Redaktor.az "haberler.com"a istinadla xəbər verir ki, nazir Çavuşoğlu Uruqvay səfərinin bir hissəsi zamanı Montevideodakı Türkiyə səfirliyindən çıxarkən etiraza məruz qalıb. Bir qrup erməni etirazçı səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.
Səfirlikdən çıxaraq maşınına minən nazir Çavuşoğlu etirazçılara “Bozqurt” işarəsi tutaraq cavab verib.
Qeyd edək ki, Mövlud Çavuşoğlu Latın Amerikasına səfərləri çərçivəsində Uruqvaya rəsmi səfər edib. Paytaxt Montevideoda iki mühüm sənədə imza atan Çavuşoğlu, iki ölkə arasında İnvestisiyaların Gücləndirilməsi və Azad Ticarət Sazişinə dair İstinad Sənədinin imzalanmasından sonra Uruqvay xarici işlər naziri Fransisko Bustillo ilə də birgə mətbuat konfransı keçirib.
T.İSMAYIL
T.İSMAYIL