Putindən böyük qızına qadağa: Qaçış planı...
Rusiya-Ukrayna müharibəsi davam edərkən Putin və onun qərarları yenə gündəmdədir.
Azia.az xəbər verir ki, Rusiya prezidenti indi isə böyük qızının ölkədən çıxmasına qadağa qoyub.
Belə ki, 37 yaşlı Mariya Vorontsova ad gününü qeyd etmək üçün sevgilisi ilə tətilə çıxmağı planlaşdırıb.
Amma Putin buna icazə verməyib.
Onun bu qadağanı hansı səbəbdən tətbiq etdiyi hələlik məlum deyil.
Rusiya mətbuatı isə Putinin Mariyanın geri dönməyəcəyini düşündüyü üçün bu addımı atdığını yazıb.