Rusiya Ukraynaya təhlükəli silah atdı
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.
Xəbər verilir ki, bu barədə Ukraynanın “Azov” alayı teleqramda xəbər verib.
Qeyd edilir ki, Mariupolda drondan zəhərli maddə atılıb.
"Diqqət! Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmən PUA-sından atılmaqla mənşəyi naməlum zəhərli maddədən istifadə edib", - “Azov”un xəbərində deyilir.