“Rusiya 121 mindən çox ukraynalı uşağı qaçırıb”
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergiy Kislitsya Rusiyanın 121 mindən çox ukraynalı uşağı övladlığa vermək üçün qaçırdığını iddia edib.![]()
Xəbər verilir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasındakı çıxışında bildirib.
Kislitsyanın iddiasına görə, Rusiya Mariupol, Donetsk və başqa yerlərdən uşaqları qaçırıb: "İşğalçılar 121 mindən çox uşağı Ukraynadan çıxarıblar".