"Mariupolda məktəbə bomba atan pilotu tanıyırıq, onu mütləq vuracağıq" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin Mariupol şəhərində mülki şəxslərin gizləndiyi məktəbə bomba atdığını bildirib.
Xəbər verilir ki, bu barədə Prezident müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, orada heç bir hərbi mövqe yox idi.
"Rusiya aviasiyası mühasirəyə alınan Mariupolda incəsənət məktəbinə bomba atdı. Orada insanlar gizlənirdilər. Atəşdən, bombardmandan gizlənirdilər. Hərbi mövqe yox idi, 400 dinc sakin var idi. Onların əksəriyyəti qadınlar, uşaqlar, yaşlı insanlardır. Onlar dağıntılar altındadır. Biz neçə nəfərin sağ olduğunu bilmirik, amma bombanı atan pilotu tanıyırıq, onu mütləq vuracağıq”, - Zelenski bildirib.
Qeyd edək ki, martın 16-da Mariupolda Rusiya hərbçiləri yüzlərlə uşaq və qadının olduğu dram teatrına təyyarə bombası atıb.