"Rusiya Xarkovu ələ keçirməyə hazırlaşır" - Ukrayna Müdafiə Nazirliyi
Rusiya qoşunları Xarkovu tutmağa və ərazidə olan Ukrayna hərbi qüvvələrinə hücum etməyə hazırlaşır,.
Xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik bildirib.
Motuzyanık deyib: "Düşmən Ukrayna hərbi qruplaşmalarını mühasirəyə almaq və Xarkov şəhərini tutmaq üçün əsas səylərini hücum əməliyyatlarının bərpasına hazırlığa yönəldib.
Düşmən Slobojanski və Donetsk əməliyyat bölgələrində qərb və cənub hərbi dairələrinin qoşun qruplaşmalarını gücləndirir. Bunu həm digər hərbi rayonlardan qoşun yeritməklə, həm də səfərbərlik ehtiyatının hissələrini cəlb etməklə həyata keçirir.
Düşmən həm də qoşun qruplaşmaları üçün logistik marşrutlar yaradır, sursat, raket və yanacaq ehtiyatları yaradır, çoxlu sayda yaralının qəbulu üçün tibb müəssisələrini hazırlayır”.
Aydın