“Qırmızı Meşə” sevdası ruslara baha başa gəldi - Yeddi avtobus əsgər Çernobılda zəhərləndi
Çernobıl AES işçilərindən bütün dünyanı dəhşətə gətirəcək iddia irəli sürülüb.
İddialara görə, Çernobıldakı rus əsgərləri radiasiyaya məruz qaldıqları üçün xəstələnib.
Sözügedən hərbçilər Belarusun Qomel şəhərindəki şüa müalicəsi mərkəzinə göndərilib. Əməkdaşların sözlərinə görə, rus əsgərlərinin istifadə etdiyi radiasiya əleyhinə avadanlıqlar qeyri-kafi olub.
Belarusun "Telegram" kanalında yayılan xəbərdə isə qeyd olunub ki, ötən həftə yeddi avtobus dolu rus əsgəri Qomeldəki şüa müalicəsi mərkəzinə aparılıb.
Çernobıl Tur operatorları Assosiasiyasının prezidenti Yaroslav Yemelianenko bildirib ki, Kreml qüvvələri Çernobılda qaydalara əməl etməyib və zəhərli ərazi olan "Qırmızı Meşə”yə getdikləri üçün xəstələniblər.
İddialara əsasən, rus əsgərləri keçən ay qoruyucu vasitələr olmadan həmin əraziyə girib və radioaktiv tozların bədənlərinə daxil olmasına şərait yaradıblar.
Qeyd edək ki, 1986-cı ildə Çernobıl AES-də baş vermiş nüvə fəlakətindən sonra, bölgədəki şam ağaclarının radiasiyaya görə qırmızıya çevrilməsindən sonra ərazi "Qırmızı Meşə” adını alıb. Çernobılda hələ də yüksək radiasiya olduğu üçün heç kəsin, o cümlədən elektrik stansiyasının əməkdaşlarının həmin əraziyə getməsinə icazə verilmir.
Mənbə:My Webpage