Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü olub
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirilib.
Azia.az “Report”a istinadla xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımları müzakirə ediblər.
Danışıqların ikinci raundunda S.Kılıç və R.Rubinyan təsdiqləyiblər ki, yekun məqsəd Moskvada keçirilən ilk görüşdə deyildiyi kimi Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır.
Qeyd olunub ki, proses ilkin şərtlərsiz həyata keçiriləcək.