Ermənistan Türkiyə ilə danışıqlar üçün şərtləri açıqlayıb
“Yerevan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir”. Bunu Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. “Yerevan növbəti görüşdə Ankara ilə daha məzmunlu danışıqların olacağını gözləyir. Əgər gündəm kifayət qədər ciddi və məzmunlu olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma məncə bu mövzu haqqında danışmaq tezdir”,- Rubinyan “Azadlıq” radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, rəsmi Yerevan substantiv danışıqların aparılmasında maraqlıdır: “Əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır. İkincisi, diplomatik münasibətlərin qurulması. Biz mümkün olan hər şeyi edirik”.///report