SON DƏQİQƏ: Rusiya minlərlə hərbçini döyüşə hazır vəziyyətə gətirdi
ABŞ-ın Ukrayna məsələsi ilə bağlı 8500 hərbçini döyüşə hazır vəziyyətə gətirdiyini açıqlamasından sonra Rusiya hərəkətə keçib.
Gundem.az xəbər verir ki, Rusiya da Ukrayna sərhədində 6 mindən çox əsgərlə döyüşə hazırlıq üçün hərəkətə keçib. Ria novosti agentliyi hərbi mənbələrə istinadən məlumatı təsdiq edib.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın 8500 hərbçisini döyüşə hazır vəziyyətə gətirməsi ilə bağlı açıqlamasından narahatlıq ifadə edib. O bildirib ki, Rusiya Vaşinqtonun həmlələrini narahatlıqla izləyir.