azia.az
azia.az

Putin qəzəblənib: Komandanlıq türk hərbçilərinə keçdi - Rusiya yeni qüvvələr göndərir

2-06-2021, 21:04


NATO-nun Rumıniyada davam edən “Defender Europe 2021” hərbi təlimlərinin son mərhələsinə türk hərbçilər komandanlıq edir.
Putin qəzəblənib: Komandanlıq türk hərbçilərinə keçdi - Rusiya yeni qüvvələr göndərir
Azia.az xəbər verir ki, bu, təlimlərin ən böyük mərhələsidir. Rumıniya ilə yanaşı Rusiya sərhədindən 100 kilometr məsafədə yerləşən Estoniyanın Tapa hərbi bazasında da raket atışları həyata keçirilir. 26 NATO ölkəsinin qatıldığı və 16 ölkədə keçirilən məşqlər son 50 ilin ən böyük hərbi təlimləridir.
NATO-nun məlumatına görə, məşqlər müdafiə xarakterlidir və heç bir ölkəyə qarşı yönəlməyib.

Qeyd edək ki, ötən gün Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ölkənin qərb sərhədlərinə 20 yeni hərbi birliyin cəlb edildiyini elan edib. Rusiyanın qərb bölgələrində yeni hərbi bazaların qurulacağı istisna edilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi