Dünya nəhəngləri Çinə toplaşır
Bu gün Çində “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti işə başlayır
Dövlət başçıları sammit çərçivəsində ikitərəfli görüşlər keçirirlər.
Publika.az xəbər verir ki, dünən Türkiyə və Rusiya prezidentləri arasında görüş olub. Bu gün isə Rusiya və ABŞ prezidentləri görüşəcəklər. G20-nin 11-ci sammiti iki gün davam edəcək.
Xatırladaq ki, “Böyük iyirmilik” iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan böyük dövlətlərin qeyri-formal birliyidir. Qrupun qərarları konsensus əsasında qəbul olunur və məcburi xarakter daşımır.
G20 ölkələrində planetimizin əhalisinin üçdə ikisi yaşayır. Dünya üzrə ümumi daxili məhsulun 85 faizi, dünya ticarətinin isə 75 faizi bu iyirmi ölkənin payına düşür.