Başına 5 milyon qoyulan "yeddi canlı" İŞİD lideri öldürüldü
Ömər Şişaninin Mosul ətrafında baş verən döyüşlərdə öldürüldüyü bildirilir.
İŞİD-in ikinci adamı hesab edilən, yüksək rütbəli komandiri Əbu Ömər Əl Şişani öldürülüb. Bu barədə terror təşkilatına yaxınlığı ilə seçilən "Amak" agentliyi xəbər yayıb. Terrorçu İraqın Mosul şəhərinin ətrafında baş verən döyüşlərdə zərərsizləşdirilib. Şişaninin ölümü ilə bağlı əlavə detallar barədə məlumat verilmir.
Maraqlıdır ki, dünyanın ən təhlükəli terrorçusu çeçen əsilli gürcü Ömər Şişaninin öldürülməsi ilə bağlı 2014-cü ildən bəri yeddi dəfəyə yaxın ölüm və ya həbs edilmə xəbəri yayılıb.
Bu ilin mart ayında ABŞ-ın Müdafi Nazirliyi Şişanının Suriyada həyata keçirilən hava əməliyyatları zamanı öldürüldüyünü bəyan etmişdi.
Amma heç bir neçə ay keçməmiş yenidən onun ölüm xəbəri yayıldı. ABŞ terrorçunun başına 5 milyon dollar qoymuşdu.
"Çeçen Ömər" ləqəbi ilə tanınan Şişani 2014-cü ildə yayılan videoda Rusiyanı təhdid etmişdi.
1986-ci ildə Gürcüstanın şimalında dünyaya gələn Şişaninin atasının gürcüstanlı bir xristian, anasının isə çeçen mənşəli müsəlman olduğu bildirilir.
Şişani 2006-cı ildə Gürcüstan ordusuna qoşulub və ABŞ hərbi qüvvələrinin təlimlərində iştirak edib.