Model qəfəsə şəkil çəkdirməyə girdi, görün nə hala düşdü
Almaniyanın Nebra şəhərində 36 yaşlı model Djeyssika Leydolf qəfəsə daxil olaraq vəhşi heyvanlarla foto çəkdirmək istəyərkən bəbirin hücumuna məruz qalıb.
Xəbər verilir ki, Djeyssika Leydolf model olmaqdan əlavə həm də heyvan hüquqları müdafiəçisidir. Bəbirlərin hücumuna məruz qalan qadın kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirir. Hazırda Almaniyanın hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırır. Foto çəkilişdə iştirak edənlər və təhlükəsizlik tədbirlərinə riayət etməyənlərin hamısı polislər tərəfindən dindirilir.