Rusiyanın borcu 20 trilyona çatdı
Rusiyanın dövlət borcu 2021-ci ilin ilk yarısında 1,48 trilyon rubl artıb.
Azia.az xəbər verir ki, bu məlumat Rusiya Hesablama Palatasının hesabatında yer alıb.
Məlumata görə, bununla Rusiyanın ümumi dövlət borcu 20 trilyon rubla (270 milyard dollar) çatıb. Bu borcun 16,2 trilyon rublunu daxili borc təşkil edib.