Almaniyanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Almaniyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Almaniyada fəaliyyət göstərən “NDR” televiziya kanalının Türkiyə əleyhinə reportaj yayması səfirin diqqətinə çatdırılıb.
Türkiyə tərəfi Almaniya hökumətindən tələb edib ki, “NDR” televiziya kanalının bu cür xoşagəlməz fəaliyyətinə qarşı tədbirlər görsün.