azia.az
azia.az

“Boeing 777”-nin vurulmasına görə Rusiyaya qarşı iddia Avropa Məhkəməsindədir

25-05-2016, 04:01

“Boeing 777”-nin vurulmasına görə Rusiyaya qarşı iddia Avropa Məhkəməsindədir Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ukraynada 2014-cü ilin iyulunda sərnişin təyyarəsinin vurulması nəticəsində ölən şəxslərin qohumlarının Rusiyaya qarşı qaldırdıqları iddianı qəbul edib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə AİHM-nin mətbuat xidmətindən bildirilib.

“Biz təsdiqləyirik ki, Ukraynadakı təyyarə qəzasına görə Rusiyaya qarşı qaldırılmış iddia 2016-cı ilin mayın 9-da katiblik tərəfindən qəbul edilib”, - deyə mətbuat xidmətindən bildirilib.
Məlumata görə, təyyarə qurbanlarının Malayziya, Avstraliya və Yeni Zelandiyadan olan 33 qohumu Rusiyaya qarşı iddiaçı qismində çıxış edib.
Xatırladaq ki, 2014-cü ilin iyulun 17-də “Malaysia Airlines” aviaşirkətinin Amsterdam - Kuala-Lumpur marşrutu üzrə uçan “Boeing 777” tipli təyyarəsinin Donetsk vilayətində vurulması nəticəsində 298 nəfər həlak olmuşdu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi