azia.az
azia.az

İnstaqram vasitəsilə “Android”də kütləvi şəkildə virus yayılır - Xəbərdarlıq

22-02-2019, 09:47

İnstaqram vasitəsilə “Android”də kütləvi şəkildə virus yayılır - Xəbərdarlıq

“Doktor Veb” antivirus proqram təminatı istehsalçısı İnstaqram xidmətinin vasitəsilə “Android” üçün troyan viruslarının yayılması haqqında məlumat yayıb.

“Azia.az”xəbər verir ki, söhbət zəhlətökən reklamın göstərilməsi üçün nəzərdə tutulmuş “Android.HiddenAds” zərərli proqramlar sinfindən gedir.

Virus daima başqa proqramların pəncərəsini və sistem interfeysini gizlədən banner və video elanlardan ibarət pəncərələr göstərir və qurğunun işləməsinə mane olur.

2019-cu il fevralın əvvəlindən belə zərərli proqramların təxminən 40 yeni modifikasiyası aşkar edilib və təxminən 10 milyon istifadəçi onları yükləyib.

Qeyd edək ki, sosial şəbəkə və internet xidmətlərində reklam nəticəsində təhlükəli proqramları quraşdıra bilən potensial qurbanların sayı xeyli artıb. Ekspertlər istifadəçiləri ehtiyatlı olmağa çağırıb.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi