azia.az
azia.az

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə dəyişdi

7-02-2017, 21:24

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə dəyişdi
Son 6 ayda aktiv istifadəçi sayı 2 dəfədən çox artıb

Azərbaycanda ən böyük sosial şəbəkə adı feysbukdan "Instagram"a keçib.

Ölkədə biznes sahiblərinin də ən çox istifadə etdiyi, reklam büdcəsini daha çox xərclədiyi sosial şəbəkə feysbukdur. Lakin ötən ay açıqlanan statistikadan da görünüb ki, "İnstagram" son aylarda ölkədə sürətlə auditoriyasını genişləndirir. Belə ki, son 6 ayda aktiv istifadəçi sayı 2 dəfədən çox artıb.

Feysbuk Reklam Panelində statistikanın bugünkü yenilənməsindən sonra gözlənən baş verdi – Azərbaycanda ən böyük sosial şəbəkə adı feysbukdan "Instagram"a keçdi. Belə ki, hazırda Reklam Panelinin statistikasına görə, Azərbaycanda reklam göstərilə bilən aktiv istifadəçi sayı (potential reach) feysbukda 1,72 milyon, "Instagram"da isə 1,76 milyon nəfərdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi