azia.az
azia.az

Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib...-VİDEO

18-02-2019, 22:07

Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib...-VİDEO
Osmanlı ordusuna xəyanət etdiyinə görə türk komandanlığı tərəfindən qulağı kəsilmiş təkqulaq erməni “qəhrəman” generalı Andranik Ozanyanın yəhudi əsilli məşhur Britaniya sələmçi oliqarx sülaləsi olan Rotşildlərin nümayəndələrindən Edmont Rotşild maliyyələşdirib.
Bu barədə Türkiyənin dünyaca məşhur serialı “Paytaxt Əbdülhəmid” ekran əsərində bəhs edilir. Filmin 73-cü bölümündə Edmon Rotşild İstanbulda ətrafına topladığı adamlarına “daşnak çetesinin komutanı” , “insan qəssabı” ləqəbli, çocuğa, yaşlıya baxmadan minlərcə türkün qanını tökmüş” Andranik Ozanyanı təqdim edir. Filmin əvvəlki seriallarından bəlli olduğu kimi, digər terrorçu “Qnçak” partiyasının təmsilçisi Qaro da Rotşildlərin əmri və himayəsi altında çalışır.
Sözügedən filmin 73-74-cü seriyalarında Andranik Ozanyanın İstanbulda dinc türklərə zülm edən vəhşi, qaniçən obrazı yaradılır. Film əsasən tarixi fakt və sənədlər əsasında çəkildiyindən erməni terrorşuları haqqında faktlara şübhə altına almaq mümkün deyil...
Xatırladaq ki, 1919-cu ilin yazında el qəhrəmanı Sultan bəy qardaşı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, həmin vaxt Qarabağın general-qubernatoru olan Xosrov bəy Sultanovun dəstəyi ilə Gorusdan Şuşaya keçmək istəyən “tayqulaq” Andranikin ordusunu indiki Laçın ərazisində tamamilə darmadağın edib. Terrorçu daşnak özü isə biabırçı şəraitdə qaçaraq canını qurtara bilib. Andranikin 1927-ci ildə ABŞ-da öldüyü bildirilir.
Deyilən faktlar göstərir ki, tarixən Rusiya başda olmaqla, Britaniya, ABŞ, Fransa və s. kimi imperiya-ölkələr də Türkiyə və Azərbaycanla bağlı maraqları naminə daim erməni millətçiliyini qızışdırmaq, təşkilatlandırmaq və maliyyələşdirməklə məşğul olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi