azia.az
azia.az

“Google” 50 milyon avro cərimələndi

22-01-2019, 12:49

“Google” 50 milyon avro cərimələndi
Azia.Az xəbər verir ki,Bu,komissiyanın ağır cəza tətbiq etdiyi ilk haldır. Komissiyadan bildirilib ki, cərimənin məbləğinin bu səviyyəyə çatması şirkətin ciddi qanun pozuntularını hələ də davam etdirməsi ilə əlaqədardır.
Bununla bağlı “Rossiya-24” telekanalı məlumat yayıb.
Fransanın İnformasiya Texnologiyaları və İnsan Hüquqları üzrə Milli Komissiyası “Google” şirkətini 50 milyon avro cərimələyib. Buna şirkətin şəxsi məlumatların qorunması ilə bağlı Avropa qanunlarını pozması səbəb olub. Şirkət istifadəçilərə şəxsi məlumatların emalı və istifadəsinə razılıq əldə etmək üçün kifayət qədər məlumat verməyib.
Avropa Birliyinin Ümumi Məlumatların Müdafiəsi Reqlamenti ötən il mayın 25-də qüvvəyə minib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi