Ən çox ərzaq və içki bu bölgələrimizdə satılıb - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsi 36 milyard 911 milyon 465,6 min manat təşkil edib.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ildəki 34 milyard 134 milyon 614,7 min manatla müqayisədə 2 milyard 776 milyon 850,9 min manat və ya təxminən 8,1 faiz artıb.
Belə ki, Bakı şəhərində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsi 22 milyard 865 milyon 337,4 min manat olub və ölkə üzrə ən yüksək göstərici qeydə alınıb.
Bakıdan sonra ən yüksək dövriyyə Mərkəzi Aran iqtisadi rayonunda qeydə alınıb. Burada göstərici 1 milyard 740 milyon 428,3 min manat təşkil edib.
Sonrakı yerlərdə Gəncə-Daşkəsən iqtisadi rayonu – 1 milyard 563 milyon 293,6 min manat, Lənkəran-Astara iqtisadi rayonu – 1 milyard 418 milyon 191,3 min manat, Abşeron-Xızı iqtisadi rayonu – 1 milyard 380 milyon 903,5 min manat, Qazax-Tovuz iqtisadi rayonu – 1 milyard 339 milyon 746,3 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 1 milyard 240 milyon 147 min manat, Şirvan-Salyan iqtisadi rayonu – 1 milyard 154 milyon 659,1 min manat və Şəki-Zaqatala iqtisadi rayonu – 1 milyard 32 milyon 748,8 min manat qərarlaşıb.
Digər iqtisadi rayonlarda isə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsi Qarabağ iqtisadi rayonunda 917 milyon 749,3 min manat, Mil-Muğan iqtisadi rayonunda 746 milyon 674,8 min manat,axçıvan iqtisadi rayonunda 703 milyon 665,2 min manat, Dağlıq Şirvan iqtisadi rayonunda 628 milyon 897,9 min manat olub.
İşğaldan azad edilmiş əraziləri əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonunda isə 2025-ci ildə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsi 179 milyon 23,1 min manat təşkil edib. Bunun 152 milyon 676,7 min manatı Qubadlının, 12 milyon 455,9 min manatı Cəbrayılın, 9 milyon 672,7 min manatı Laçının, 3 milyon 466,3 min manatı Kəlbəcərin, 751,5 min manatı isə Zəngilanın payına düşüb.