Şəkidə körpünü təmir etdirən sahibkar ondan keçmək üçün 1 manat haqq qoyub
Son vaxtlar bölgələrdə, xüsusən istirahət zonalarında ictimai əsaslarla qurulan xidmət növlərindən istifadəyə görə kimlərinsə pul tələb etməsi hallarına rast gəlinir. Növbəti belə məqam Şəkidə üzə çıxıb.
ARB TV xəbər verir ki, uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir etdirib və həmin şəxsin tapşırığı ilə körpüdən istifadəyə görə hər sürücü 1 manat pul ödəməlidir.
Sahibkarın bu addımı qanuna uyğundurmu? Təmirə ehtiyacı olan hər hansı yolu iş adamı gəlir sahəsinə çevirə bilərmi?
Nəzarətçi Anar Abdulhəmidov isə deyir ki, bu körpü şəxsi əmlak sayılır və onu öz hesabına təmir etdirən şəxsin qərarı ilə ödənişli edilib.