azia.az
azia.az

Bakıda polis bölməsinə çırpılan maşında Kəmalə Günəşlinin qızı olub? YENİ DETAL - VİDEO

2-01-2025, 17:52

"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".

Bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü Oxu.Az-a verdiyi açıqlamada deyib.

O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.

"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - deyə sürücü bildirib.

***

Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb. 


Bizimshow.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında paylaşım edib. 

Bildirilib ki, hadisə bu gün səhər saatlarında Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 

Qəzanın baş verdiyi məkandan görüntü paylaşan ictimai fəal bildirib ki, avtomobil kirayə götürülüb və yüksək sürətlə idarə edilib. Belə ki, maşın əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb. 

Faktla bağlı müvafiq polis şöbəsində araşdırma aparılır. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli "Qafqazinfo"ya bildirib ki, hadisəyə səbəb ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi