NATO-nun sözçüsü TƏYYARƏ QƏZASI İLƏ BAĞLI ÇAĞIRIŞ ETDİ
NATO-nun sözçüsü Farah Dakhlallah “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı verib. Xəbər verilir ki, Dakhlallah bu barədə “X” hesabında paylaşım edib. “Düşüncələrimiz və dualarımız “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması zamanı həlak olanların və onların ailələri ilədir. Qəzada yaralananların tezliklə sağalmasını arzu edirik və hərtərəfli araşdırmaya çağırış edirik”, – deyə paylaşımda qeyd olunub. Viral.az