MEK “Qərbi Azərbaycan” adlı virtual sərgini təqdim edir
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qərbi Azərbaycan” adlı virtual sərgi (https://heyzine.com/flip-book/ba51c81a44.html) hazırlanıb.
Sərgidə Azərbaycanın ən qədim, təbiətinə görə ən zəngin bölgələrindən biri Qərbi Azərbaycanın qədim tarixi, İrəvan xanlığı, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, deportasiyalar, fotoşəkillər, Ümummili Lider Heydər Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycan icması və başqa məlumatlar öz əksini tapıb.
Sərgidə Qərbi Azərbaycanın əhalisi, ərazisi, coğrafiyası, elm və təhsili, folkloru, görkəmli şəxsiyyətləri, tarixi abidələri, erməni vandalizmi, şahid ifadələri və s. əks olunduğu rus, ingilis, alman, türk və başqa dillərdə 100-dən çox dərslik, dərs vəsaiti, biblioqrafik göstərici, konfrans materialları, bədii və elmi əsərlər təqdim olunur.
Nəşrlər sırasında “Qərbi Azərbaycan” biblioqrafik göstərici, “Das Khanat Irevan” (“İrəvan xanlığı”), “İrəvan əyalətinin kameral təsviri” ikicildliyi, “İrəvan ədəbi mühiti”, “Göyçə aşıqları və el şairləri”, "İrəvanın maddi və mənəvi irsi", “Dərələyəz folkloru”, “Başı dumanlı Göyçə”, “İrəvan dəftəri”, “Zəngəzur toponimləri”, “İrəvan xanlığı”, “Zəngəzurun türk mənşəli yer-yurd adları”, “İrəvan əyalətinin müfəssəl dəftəri”, “Vətənə doğru”, “İrəvan müsəlman sakinli vilayət olmuşdur”, “Göyçə aşıq mühiti”, “İrəvana 7 məktub”, “Göy ərləri”, “Qərbi Azərbaycan abidələri”, “Göyçə şəhidləri”, “Azərbaycan folkloru antologiyası”, “Göyçə mahalı Kəsəmən”, “İrəvan ziyalıları” və başqaları yer alıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan sərgi, MEK-də ənənəvi formada da təşkil edilib.