azia.az
azia.az

Sabiq deputat YIXDI, SÜRÜDÜ: "Bayram Nurlunu, Xoşqədəmi, Hacı Nuranı, Elza Seyidcahanı?... "

23-09-2024, 08:34

Sabiq deputat Etibar Əliyev "Bu Şəhərdə" teatrını BU şəkildə tənqid edib.

 

Azia.az bloqu onun mövqeyini təqdim edir:

 

"Teatrın tərbiyəvi rolu danılmazdır. Teatrdan zövq almalısan, ürəkdən gülməlisən. Hətta, məşhur yumoristlərdən biri "ekoloji təmiz yumor" anlayışını işlətmişdi. Təsadüfən "Bu şəhərdə -2050" 81-ci bölümə baxdım. "Toy" adlandırdıqları tamaşada səhnəyə inkasator rolunda daxil olan Coşquna içki təklif olunur. Nimçədə gətirilmiş şərti arağı "sağlıq"lar deməklə içirlər. Rafael deyir, bu, sənin ananın sağlığına, içirlər. Sonra ata sağlığına içirlər. Sonra Rafael Coşquna deyir: "Mənim anamın sağlığına, mənim anam anaş toyuq-zaddır? Səninkinin sağlığına içirik mənimkinin yox"? Baxırsan ki, tamaşaya xeyli gənc gəlib. Bu gənclər "Anaş toyuğun" nə olduğunu bilirlərmi? Yaxud sual versələr bunu onlara necə izah edə bilərik?

 

"Qadının ərəblə tanışlıq" səhnəsi lap biabırçlıqdır. Şit hərəkətlər, adət- ənənələrimizi aşağılamaq, küçə söhbətlərini səhnəyə gətirmək teatrın süqutudur.

 

Teatrda parodiya sınanmış metoddur. Ancaq bunlar kimləri parodiya edirlər? Bayram Nurlunu, Xoşqədəmi, Hacı Nuranı, Elza Seyidcahanı? Parodiya janrını da gözdən salıblar.

 

İndi vəziyyət elə həddə gəlib çatıb ki, heç bir qüsuru tənqid etmək olmur. Ərköyünlük əxlaqa da təsir edib. Bir dəfə tanınmış şəxslərdən biri bunları tənqid etmişdi. Bu ekoloji kirli yumoristlər həmin şəxsi təhqir etməkdən çəkinmədilər"

pravda.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi