Ağız qoxusundan qurtulmağın YOLLARI
Ağız qoxusu problemi gün ərzində yemək vərdişlərimizdən yarana bilsə də, gigiyena qaydalarına riayət edilməməsi də buna səbəbdir. Demək olar ki, hər kəsin qarşılaşa biləcəyi problem olan ağız qoxusu zamanla xroniki bir problemə çevrilə bilər.
Ağız qoxusu problemini gündəlik istifadə etdiyimiz diş pastası və ya ağız qarqarası kimi məhsullarla həll etmək mümkün deyilsə, təbii üsullarla xilas olmağa cəhd edə bilərsiniz.
News24.az həmin təbii üsulları təqdim edir:
Nanə: Təzə nanə yarpaqları tərkibindəki mentol sayəsində təbii təravətləndiricidir. Qoxu gələndə ağzınıza nanə yarpaqları qoyun və çeynəməyə başlayın. Bu şəkildə ağız qoxusunun qısa müddətdə yox olduğunu görə bilərsiniz. Nanə yağı ağızdakı pis bakteriyaları yox edərək qoxudan tamamilə qurtulmağa kömək edir.
Mixək: Təbii ağrıkəsici olan mixək həm də qoxusuzlaşdırıcı xüsusiyyətlərə malikdir. Ağız qoxusundan mixəklə qurtulmaq üçün 1 və ya 2 ədəd ağzınıza qoyub dişlərinizlə əzmək və gözləmək kifayət edəcək. Mixək ağız qoxusuna səbəb olan bakteriyaları yox edərkən ağız qoxusunu da yox edir.
Alma sirkəsi: Alma sirkəsi turşu quruluşu ilə güclü təsir göstərir. Ağızdakı bakteriyaların yaratdığı ağız qoxusundan xilas olmaq üçün alma sirkəsi ilə qarqara edə bilərsiniz. Alma sirkəsini bərabər miqdarda su ilə seyreltdikdən sonra ağızda bakteriya əmələ gəlməsinin qarşısını almaq və ağız qoxusundan xilas olmaq üçün ağzınızı yaxalaya bilərsiniz.
Limon: Limonun tərkibindəki təbii turşu ağız qoxusunu aradan qaldırmağa kömək edəcək. Turş və təzə qoxusu ilə ağız qoxusunun qarşısını alan limon ağızdakı bakteriyaları da yox edir. Təsirindən faydalanmaq üçün bir dilim limonu qabığı ilə uzun müddət çeynəyib, sonra udmaq olar.
Məryəm İlhamqızı