Avtomobili Elm və Təhsil Nazirliyinin yaxınlığında olan "Ford" servisinə apardığını, orada maşında nasazlıq olduğu bildirilib və qüsur aktı verilib. Avtomobili təkrar "Ford Club Azərbaycan" təmir servisinə gətirib, orada qüsur aktını göstərib mühərriki düzgün yığmadıqlarını və düzgün işləmədiyini, bundan başqa sükanı idarə edən mexanizimdə nasazlıq yarandığını bildirib və təkrar təmir etmələrini tələb edib. Anar adlı usta avtomobilin onlar tərəfindən düzəldilməyəcəyini bildirib və ona avtoservisin müdürünün yanına getməyini məsləhət bilib.
Rəşad sonradan adının Vüsal olduğunu bildiyi müdir otağına gedib. Orada Vüsala avtomobilin mühərrikinin düzgün yığılmadığını və sükan mexanizminində nasazlıq olduğunu, qardaşı tərəfindən ödəniş edildiyini bildirib və avtomobilin yenidən təmir olunmasını tələb edib. Bu zaman Vüsal onun ünvanına təhqiredici ifadə işlətdiyi üçün aralarında mübahisə baş verib. Avtoservis rəhbərinin ünvanına söyüş söyməsini dayandırmaq üçün sağ əli ilə onun sifət nahiyəsindən geri itələyib. Vüsalda ona eyni halda müqavimət göstərib. Rəşad əməlinin xuliqanlıq olmadığını nəzərə alaraq, işə xitam verilməsini xahiş edib.
Servisin direktoru Vüsal zərərçəkmiş qismində ifadə verərək bildirib ki, Rəşad atasına məxsus avtomobilin sükan sisteminin servisin ustaları tərəfindən xarab edildiyi üçün ona etiraz edib. Buna görə aralarında sözlə mübahisə yarandığını və onun təhqirinə etiraz etdiyinə görə Rəşadın hücum edərək sifətinə yumruq zərbələri vurduğunu bildirib.
Məhkəmənin qərarı ilə Rəşad Lətifov Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1000 manat miqdarda cərimə olunub.
Əhməd