azia.az
azia.az

MEK- də tələbələrin istehsalat təcrübəsi yekunlaşıb

25-05-2024, 09:27


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tələbələrin istehsalat təcrübəsi başa çatıb.

MEK-in direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti, Azərbaycan Dillər Universitetinin Filologiya, Beynəlxalq münasibətlər və regionşünaslıq, Bakı Slavyan Universitetinin Filologiya və Şərqi Avropa Dilləri fakültələrinin IV kursunda təhsil alan - ümumilikdə 67 tələbəsinin istehsalat təcrübəsi keçdiklərini vurğulayıb. Direktor qeyd edib ki, üç aya yaxın müddətdə MEK-in müxtəlif şöbələrində təcrübə keçən tələbələr öz ixtisas istiqamətləri üzrə biliklərini təkmilləşdirərək, biblioqrafik sorğuları cavablandırmaq, elektron kataloqa ədəbiyyat nümunələrini daxil etmək, elmi məsləhətlər almaq, kitabxana işinin incəliklərini öyrənmək imkanı əldə ediblər.

Tələbələrin bu müddət ərzində keçdikləri istehsalat təcrübələrini təqdirəlayiq hesab edən MEK rəhbəri onlara gələcək işlərində uğurlar arzulayıb və tez bir zamanda kitabxanada start götürəcək “Açıq qapı” günlərində hər kəsi buradan aktiv istifadəyə çağırıb. Həmçinin MEK-də “Könüllülər dəstəsi”nin də fəaliyyətə başlayacağını diqqətə çatdıran direktor, bu hərəkata qoşulmaq istəyən tələbələrə, gənclərə üç ay ərzində MEK-də işləyərək təcrübə qazanmaq və sertifikat əldə etmək şansı veriləcəyini də nəzərə çatdırıb.

Daha sonra BDU-nun istehsalat təcrübəsi keçən tələbələrinin elmi rəhbərləri Safura Hacıyeva yaradılan şəraitə görə təşəkkürünü bildirib, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Sonda aktivliyi ilə seçilən bir qrup tələbəyə MEK tərəfindən sertifikatlar təqdim olunub.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi