MEK-in şöbələrinin fəaliyyətlərinə dair hesabatları dinlənilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov tərəfindən MEK-in şöbələrinin fəaliyyətinə dair dinlənilən hesabatları başa çatıb.
MEK-in Azərbaycan dilində ədəbiyyat və mübadilə, Xarici dillərdə ədəbiyyat, Qarabağ müharibəsi qəhrəmanları, Nadir kitablar və qiymətli nəşrlər fondlarının, Komplektləşdirmə, Kataloqlaşdırma, Oxuculara xidmət, Azərbaycanşünaslıq və MRY, İnnovativ layihələr və metodiki təminat, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Biblioqrafik nəşrlər, Elektron resurslar, Avtomatlaşdırma və proqram təminatı, Reproqrafiya, Elektron xidmət, Biblioqrafik və informasiya xidməti, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr şöbələrinin gördükləri işlərə dair məlumatları dinlənilib, şöbələrin rəhbərlərinə fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq təkliflər verilib.
Kitabxana fondunun zənginləşdirilməsi, elektron kitabxana quruculuğunun inkişafı, oxuculara xidmətin keyfiyyəti, nəşr olunan biblioqrafik göstəricilər, keçirilən elmi-praktiki konfranslar, kitab təqdimatları, kitabxanada, eləcə də digər təşkilatlarda MEK tərəfindən təşkil edilən sərgilər, beynəlxalq qurumlarla tərəfdaşlıq əlaqələri və kitabxana işinin digər mühüm məsələləri təqdim olunan hesabatlarda öz əksini tapıb.
MEK rəhbərliyi tərəfindən hesabatların yekunları ilə bağlı görülən işlərə, ümumi nəticələrə nəzər salınıb. Direktor keçirilən hesabatlardan sonra problemlərin aradan qaldırılmasına, daha düzgün hədəflərin müəyyənləşdirilməsinə, işin sistemli aparılmasına, səmərəli kitabxana mühitinin formalaşdırılmasına və yüksək keyfiyyətinə birbaşa təsir göstərəcəyinə əminliyini ifadə edib.
İctimaiyyətlə əlaqələr şöbəsi