Bu XALLARDAN xilas olmanın təbii üsulu
Kosmetika sahəsində məşhur olan əncir südü dəri problemi yaşayanlar üçün həll yolu ola bilər.
Publika.az xəbər verir ki, xüsusilə təbii üsullarla ziyil və ət xallarından xilas olmaq istəyənlər əncir südündən faydalanırlar.
Əncir südünün dəri üçün faydalarını təqdim edirik:
Yetişməmiş ənciri budaqdan ayırdıqda həmin hissədən çıxan ağ maye əncir südü adlanır. Bu südü əncirin qalın yarpaqlarından və gövdəsindən də əldə etmək olar.
Əncir südü daban çatlarını aradan qaldırır. Ziyillərin müalicəsində faydalı nəticələr verdiyi bilinən əncir südü ət xalları üçün də eyni məqsədə xidmət edə bilər. Yay aylarında artan dəri ləkələrini, həmçinin sızanaq izlərini və yanıq ləkələrini də bu südlə yox edə bilərsiniz.
Hüceyrə yenilənməsini dəstəkləyən bu meyvənin südü müntəzəm istifadə edildikdə dəridəki bütün qalıcı problemləri aradan qaldırır. O, həmçinin dəri tonunu tarazlaşdırır və daha bərabər görünüş təmin edir. Bunun üçün onu problemli nahiyəyə sürtmək kifayətdir.