azia.az
azia.az

10 mərtəbəsi əxlaqsız qadınlardır - FOTO

5-03-2024, 09:40

Böyük Britaniyanın baş naziri Tereza Mey ötəngünkü çıxışında Britaniya Mühafizəkarlar (Tori) Partiyasına bağışlanılan 300 min fund sterlinqi geri verməyə çağırıb.

Azia.az blogu Dailymail-ə istinadla xəbər verir ki, bu həmin pulların fahişəlik biznesindən əldə edilməsi ilə bağlıdır.

Belə ki, Londonun ən lüks yerlərindən biri sayılan "Chelsea Cloisters" binasında 100-dən çox fahişə yaşayır. Binanın 10 mərtəbəsinin sakinləri əxlaqsız qadınlardır. Binanın sahibi isə 70 yaşlı multi-milyoner Kristofer Morandır. Həmin binada onun ofisi var.

O, bir sıra tədbirlərdə kral ailəsinin üzvləri ilə birgə iştirak edib və 404 milyon fund-sterlinqlik sərvəti var.

The Sunday Times-ın jurnalistləri gizli şəkildə 40 fahişə "sifariş" ediblər ki, onlara 23 mənzil təşkil olunub. Bu mənzillərdən 15-i isə həmin milyonerin "Realreed" şirkəti tərəfindən kirayə verilib.

İnternetdə araşdırma nəticəsində də məlum olur ki, eskort saytlarının biri bir gecədə, eyni ünvanda 100-dən çox fahişə təqdim edir və ünvan olaraq da "Chelsea Cloisters" göstərilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi