azia.az
azia.az

YAP Laçın rayon təşkilatının təbıiğat və təşviqat qrupunun möhtəşəm tədbiri keçirildi-Veteranlardan İlham Əliyevə dəstək

16-01-2024, 22:44

Bu gün YAP Laçın rayon təşkilatının təbıiğat və təşviqat qrupunun möhtəşəm tədbiri keçirildi. 

Dövlət himni səsləndi, ŞƏHİDLƏRİN  ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə YAP Laçın rayon təşkilatının, Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin üzvləri, rayonun tanınmış ziyalıları, gənclər, və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tədbiri giriş sözü ilə açaraq geniş çıxış elədi. O, YAP Laçın rayon təşkilatı 7 fevralda keçiriləcək prezident seçkilərində seçicilərin aktivliyinin təmin olunması və digər qarşıda duran məsələlər barədə danışıb. Və  YAP-ın vahid namizədi İlham Əliyevə dəstəyin hansı formada göstəriləcəyini qeyd edib.  

  O çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında Azərbaycan ordusunun qələbəsindən, Ali Baş Komandanın qətiyyətindən və ordu-xalq birliyindən geniş danışaraq, tədbirdə iştirak edən Şəhid ailələrinə, qazi və veteranlara nə qədər borclu olduğumuzu diqqətə çatdırdı. İctimaiyyət nümayəndələrinin seçkilərə necə diqqətli olduğundan danışaraq hər kəsin bu marafonda İlham Əliyevə olan sevgisini tədbir iştirakçılarının nəzərinə çatdırdı.  Aparılan iqtisadi siyasət, Ordu quruculuğu və onun təməlində dayanan birlikdən söhbət açan İlqar İlyasov qeyd etdi ki, “Laçın ziyalıları daima prezidentinin yanındadır. Və 7 fevral seçkilərində hamı bir nəfər kimi seçkiyə gələrək Müzəffər komandanına səs verəcək”- deyərək nitqini yekunlaşdırdı. 

Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanova söz verildi. 

Babək Aslanov Birinci Qarabağ Müharibəsində döyüşən və bu döyüşdə ŞƏHİD olan qəhrəmanlardan söz açdı. O, 1991-ci ildə hakimiyyət uğrunda gedən mübarizə nəticəsində torpaqların itirilməsi və son 200 il Azərbaycan tarixində misli görünməmiş tarixi qələbədən danışdı. “Bu tarixi qələbə Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun şücaəti nəticəsində baş verib. 30 nəfərlik kəşfiyyatçı-bələdçi ilə 44 günlük Vətən Müharibəsində əzmlə döyüşdük”-deyərək sözünə davam etdi. Babək Aslanovun sözlərinə görə, Laçın Alayının və Laçın polisinin dəstəyi ilə Laçın döyüşçüləri 1991-ci ildə Laçını böyük fədakarlıqla qoruyurdu, hətta, bir neçə kəndlərin alınmasını da həyata keçirmişdilərÇox təəssüf ki, ordu içərisində yaranmış xaos və nizamsızlıq torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi hər şeyi dəyişdi. Cəbrayıl istiqamətində döyüşlərdə 27 nəfər ŞƏHİD olmuşdu. Ordu mərkəzləşdilimiş formada idarə edilirdi. Hətta, Cocuq Mərcanlı istiqamətində bir neçə yaşayış məntəqələri də düşməndən azad edilmişdi. 

Yaranmış etniki qruplaşmalar dağıdıldı və nizamlı ordu yaradılaraq vahid komandanlıq ətrafında birləşdirildi. 2003-cü ildə İlham Əliyev xalqın dəstəyi ilə hakimiyyətə gəldi.  2016-cı ildə “Lalə” təpə yüksəkliyinin alınması bir daha Azərbaycan Ordusunun gücünü göstərdi. 2020-ci ildəki tarixi qələbə isə göstərdi ki, Azərbaycanın Ali Baş komandanı özü demiş, nəyi nə vaxt, edəcəyini özü yaxşı bilir deyərək qələbəni qazandıq. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa elədi. Tarixi qələbə əldə olundu. 30 minə yaxın ŞƏHİDLƏRİMİZİN Uğrunda ŞƏHİD olduqları torpaqları geri aldıq və olnların arzularını reallaşdırdı. 

Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov təşkilatın üzvlərini və xalqı xalqımızın arzularını gerçəkləşdirən Azərbaycanın məğlubedilməz sərkərdəsi İlham Əliyevə 7 fevralda səs verməyə çağırdı. 

 

Çıxışçılardan müharibə iştirakçısı Rafiq Nağıyev, Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova, şəhid atası Habil Cabbarov, Birinci Qarabağ və 44 Günlük Vətən Müharibəsinin qhrəmanı Əli Hümbətov, Nizami Quliyev, Elnur Əliyev bildirdilər ki, yeganə namizəd Ali Baş Komandan İlham Əliyevdir. “Sizləri Azərbaycanın qalib ordusunun sərkərdəsinə səs verməyə çağırırıq”- deyə, bildirdilər. 

Yekunda 7 fevralda keçiriləcək sekilərdə YAP-ın vahid namizədi İlham Əliyevin seçki kompaniyasının təbliğat və təşviqat qrupunun üzvü Millət Vəkil Mahir Abbaszadəyə söz verildi.

Millət Vəkili çıxışnda ŞƏHİD ailələırinə, qazilərə və veteranlara nə qədər borclu olduğumuzu ifadə edərək. Onların tarix boyu bizlərin çiynində haqqı olduğunu söylədi. 

“30 ildə iqtisadiyyatımız gücləndi, dövlətimiz möhkəmləndi, Ordumuz dünyanın ən nizamlı ordu sıralarında yer aldı. Müasir silahlar alındı, məğlubedilməz ordu quruldu və uğrunda mübarizə apardığımız torpaqlar düşməndən təmizləndi. 

İndi yeni hədəflər var:

*Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması.



*Zəngəzur dəhlizinin reallaşması.



*Qarabağa böyük qayıdışın təmin olunması. Və sairə kimi hədəflər” –deyə Millət vəkili danışdı. 


 “Bizim və 30 minə yaxın ŞƏHİDİMİZİN arzularını gerçəkləşdirən Müzəffər Ali baş Komandanımız, məcburi köçkünlərin arzularını reallaşdıran, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən sərkərdəmiz İlham Əliyevə VƏFA borcumuz var.  Qalib əsgərin qalib sərkərdəsinə dəstək verməliyik. Sizin hər birinizi vəfa borcuna dəvət edir, İlham Əliyevə, Ali baş Komandana 7 fevralda səs verməyə çağırıram” -deyə, Millət Vəkili çıxışını yekunlaşdırdı.

Tədbir YAP-ın himninin səsləndirilməsi ilə sona çatdı.

 

Subut Mehdiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi