azia.az
azia.az

AMEA-nın Mərkəzi Elmi Kitabxanası elektronlaşdırılır

23-11-2023, 21:27

AMEA-nın Mərkəzi Elmi Kitabxanası elektronlaşdırılması istiqamətində işlər yekunlaşır

TÜBİTAK AMEA-nın Mərkəzi Elmi Kitabxanasının maddi-texniki bazanın gücləndirilməsinə dəstək verəcək

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) elektronlaşdırılması istiqamətində işlər görülür. 

Bu barədə MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru,  professor Məmməd Əliyev açıqlama verib. 

Professor M.Əliyev MEK-in müasir kitabxana xidmətlərinin tətbiqi ilə kitabxanada oxuculara xidmət işinin kəmiyyət və keyfiyyət göstəricilərini yüksəltməklə Azərbaycan elminin inkişafına öz töhfələrini verdiyini bildirib. 

Onun sözlərinə görə, hazırda elektron kataloqların hazırlanması istiqamətində işlər görülür və yaxın müddətdə elektron kataloqlaşmanın yekunlaşması nəzərdə tutulub. Bu istiqamətdə işlərin böyük bir qismi artıq icra olunub. 

Baş direktor kitabxananın elektronlaşdırılması məqsədilə “İRBİS-64” Avtomatlaşdırılmış İnteqrasiyalı Kitabxana Sisteminin tətbiq olunduğunu vurğulayıb. 

Professor M.Əliyev qeyd edib ki, Mərkəzin Reproqrafiya şöbəsi tərəfindən MEK-in fondlarında olan ədəbiyyat nümunələri, məqalələr müxtəlif tipli skan aparatları vasitəsilə elektron formata salınaraq, xüsusi proqramda konvertasiya edilir və elektron bazaya daxil olunaraq oxucuların istifadəsinə verilir.  Alim bildirib ki, kitabların elektronlaşması maddi-texniki baza ilə təminat tələb etdiyindən AMEA-n;n prezidenti, akademik İsa Həbibbəylinin dəstəyi ilə bu məsələlər TÜBİTAK-la geniş müzakirə olunub və maddi-texniki bazanın qurulmasına bu qurum tərəfindən dəstək göstərilməsi barədə razılıq əldə olunub.  

Bugünədək minlərlə kitabın konvertasiya olunaraq MEK-in elektron kitabxanasında yerləşdirildiyini deyən baş direktor əlavə edib ki, maddi-texniki bazanın gücləndirilməsindən sonra kitabların konvertasiyası istiqamətində mövcud çətinliklər aradan qaldırılacaq. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi